RU
Röyadan verilişə içkili çıxması xəbərinə - cavab
18:06
596

Röyadan verilişə içkili çıxması xəbərinə - cavab

Dünən "Xəzər” kanalında "Nəsib olsa” verilişində qəribə hərəkətlərlə gündəmə gələn Röya, bu hərəkətlərinə İnstaqramda aydınlıq gətirib.

İfaçı bunun bir şou və əvvəldən planlaşdırıldığı bir obraz olduğunu deyib:

"Getdiyin yerə və geydiyin stilə hərdən obraz vermək lazımdır. Məsələn, dünənki obraz sərxoş və tək qadın obrazı idi. Merilin Monro adını qoysaq, yerinə düşər.  Biz bunu bacardıq deyəsən, uşaqlar”.

Qeyd edək ki, Röya proqramda tez-tez aparıcının sözünü kəsib, qonaqlara replikalar atıb və hədiyyə qutusuna təpik vurub.

Röyanın bu addımı birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun efirə içkili çıxdığını iddia edib./axsam.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ