RU
Sabah Qazaxıstanın yeni hökumətinin ilk iclası keçiriləcək
21:00
408

Sabah Qazaxıstanın yeni hökumətinin ilk iclası keçiriləcək

Qazaxıstan hökumətinin yeni tərkibdə ilk iclası yanvarın 12-də keçiriləcək.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə məlumatı Baş nazir Əlixan Smailovun mətbuat xidməti məlumat yayıb.
İclasda Prezident Kasım-Jomart Tokayevin parlamentdə çıxışı zamanı elan etdiyi islahatlar proqramı və ölkədəki sanitar-epidemioloji vəziyyət müzakirə olunacaq.

Hökumətin iclası televiziya vasitəsilə canlı yayımlanacaq.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ