RU
Sabirabadda 59 yaşlı kişini cərəyan vurub öldürdü
12:00
19

Sabirabadda 59 yaşlı kişini cərəyan vurub öldürdü

Sabirabad rayonunda 59 yaşlı kişini elektrik cərəyanı vurub.

Hadisə rayon ərazisindəki fərdi yaşayış evinin həyətində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Sabir oğlu Xancanovu həyətində işləyərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ