Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
Avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalarla N.Syubayevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülməsi şübhələri ortaya çıxıb.
A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma davam etdirilir.








