7News.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadə barədə deyib:
"Sən isə öz əbədi dünyanda bunlardan xəbərsiz olacaqsan. Məkanın cənnət olsun. Allah-Əhli-Beytə xatir günahlarını bağışlasın. Hörmətli sənətçilər Şahin 6 ay xəstəxanada yatdığı müddətdə, işsiz qaldı. Sağ olsun, yaxşı dostlar onu tək buraxmadılar. Düşünürəm ki, bu vəziyyətlə əlaqədar olaraq yenə maddi dəstək olmağımız yerinə düşər. O, sabah günorta namazından sonra Maştağa Seyidlər məzarlığında dəfn olunacaq. Nə vaxtsa belə bir status yazacağım ağlıma gəlməzdi. Allah bir daha rəhmət eləsin".//BiG.AZ
7News.az








