RU
Şakiranın səhhəti pisləşdi, konserti ləğv olundu - VİDEO
17:10
370

Şakiranın səhhəti pisləşdi, konserti ləğv olundu - VİDEO

Dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın səhhəti pisləşib.

7News.Az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib.

O, xəstələndiyinə görə Los-Anceles konsertini ləğv edib.

"Los-Anceles, öncəki konsertə görə təşəkkür edirəm. Mənə sizinlə birgə rəqs etmək və mahnı oxumaq xoş idi. Amma konsertdən sonra xəstələndim. Virus məni ayaqlarımdan yaxaladı. Buna görə də konsertin tarixi dəyişir”, - deyə 41 yaşlı Şakira yazıb.

Qeyd edək ki, Şakira "El Dorado World Tour”a daxil olan konsertini 3 sentyabr tarixinə ertələyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ