Meksika sahillərində beş gün davam edən axtarış-xilasetmə əməliyyatı uğurla başa çatıb. Avqustun 14-dən etibarən əlaqənin kəsildiyi iki kişi sağ olaraq tapılıb. Hərbi Dəniz Qüvvələrinin rəsmilərinin verdiyi məlumata görə, balıqçılar aviasiya və gəmilərin müştərək fəaliyyəti nəticəsində Çyapas ştatından təxminən 150 mil aralıda aşkar ediliblər.
Bu barədə "Need to Know" nəşri məlumat yayıb.
Həmin şəxslərin həyatını xilas edən qeyri-adi vasitə isə onları suyun üzündə saxlayan iri mavi soyuducu kamera olub. Patrul gəmisinin heyəti tərəfindən lentə alınan videoda bu konteynerin okean dalğaları üzərində necə yırğalandığı əks olunur. Məhz bu qutu balıqçıların açıq dənizdə boğulmasının qarşısını alıb.
Xilas edilən kişilər hərbi gəminin göyərtəsinə qaldırılaraq onlara ilkin tibbi yardım göstərilib. Balıqçılardan biri suda uzun müddət qaldığından taqətdən çox düşübmüş, ona görə də onu xərəkdə daşımaq lazım gəlib.
Müayinədən sonra hər iki şəxs limana çatdırılaraq ailə üzvlərinə təhvil verilib. Onların qayığına tam olaraq nə baş verdiyi isə hələlik araşdırılır.








