Samira:"Baxırsan şəhərdə yarıçılpaq gəzirlər" - VİDEO
Müğənni Samira Allahverdi "Şou məkan” verilişinin qonağı olub.
7news.Az xəbər verir ki, o, bir çoxlarını dedi-qodu ilə gündəmə gəlməkdə günahlandırıb:
"Guya bu, zamanın tələbidir. Dedi-qodu ilə yadda qalırlar. Mən düşünürəm ki, o insan müğənni olmasaydı, həyatda da dedi-qodu yaradardı. İnsanın xarakteri, daxili necədirsə, o hər sahədə özünü büruzə verəcək. Məndə də olub, hansısa həmkarımdan, evdəkilərdən gileylənmişəm. Ancaq bunu həyatımın stimuluna çevirməmişəm. Mən çalışmışam ki, həyatda hər zaman düzgün yaşayım. Kiminsə haqqında danışsam, mənim başım ağrıyar. Bu mənim xarakterimə zidd olan bir şeydir”.
Samira insanların yanlış hərəkətlərə yol verdiklərini bildirib:
"Ətrafıma baxıram. Adi insanlardır, boşanıblar. Baxırsan şəhərdə yarıçılpaq gəzirlər. Oğurluq edirlər, yalan danışırlar. Müğənnilər daha çox diqqət mərkəzində olurlar. Ona görə də hansısa hərəkətimizi mənfi qəbul edirlər”