RU
Şəkidə hüquq-mühafizə orqanlarını əməkdaşları gəncləri maarifləndirib
19:45
270

Şəkidə hüquq-mühafizə orqanlarını əməkdaşları gəncləri maarifləndirib

Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qoxmuq kənd tam orta məktəbində "Narkomaniya ümumbəşəri bəladır”, "Erkən nikah və onun fəsadları”, "Dini radikalizmə qarşı mübarizə” və "Yol hərəkəti qaydaları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirdə çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Muradov bildirib ki, narkotik aludəçisi olan insanlar öz-özlərini ölümə məhkum edirlər. Belə ki, bu maddələrdən istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə başlayır. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütun olduğunu deyən A.Muradov onları diqqətli və ehtiyyatlı olmağa, narkotik vasitələrdən uzaq durmağa çağırıb.
Rayon prokuroru Elmar Camalov dini radikalizm və erkən nikahın fəsadları barəsində geniş məruzə ilə çıxış edib. O, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərdə əsas məqsədin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, radikal dini təriqətlərə meyilliliyin qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq olduğunu bildirib.
Çıxış edən DYPB-nin inspektoru, polis baş leytenantı Tural Niftalıyev də məktəblilərə yol hərəkəti qaydaları, piyadanın vəzifələri barədə məlumat verib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ