Türkiyənin Mersin şəhərində güclü leysandan sonra küçələri su basıb.
7News.Az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Tarsus rayonunda leysandan sonra küçələri sel suları basıb.
Şəhər sakinlərindən biri seldə hərəkət etmək üçün qeyri-adi üsula əl atıb.
Belə ki, orta yaşlı həmin şəxs "bubble soccer”də istifadə olunan şişmə şəffaf şarla küçədə üzməyə cəhd edib. Onun bu hərəkəti ətrafdakı şəxslər tərəfindən lentə alınıb.
Həmin görüntülər isə sosial şəbəkələrdə maraqla qarşılanıb.








