RU
Bakıda 7-ci sinif şagirdinin ölümünün TƏFƏRRÜATI
13:00
32

Bakıda 7-ci sinif şagirdinin ölümünün TƏFƏRRÜATI

Yasamal rayonunda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni detallar məlum olub.

 Oxu.Az-ın əldə etdiyi məlumata görə, dünyasını dəyişən G.Dadaşovanın anası 3 il əvvəl qəzada ölübmüş. Onun atası isə Salyanda yaşayır. Məktəbli Bakıda xalası ilə birgə yaşayırmış.

Şahidlərin sözlərinə görə, o, hadisədən öncə anasının şəklinə baxaraq onun yanına getmək istədiyini, sinif yoldaşlarına özünü öldürəcəyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ