RU
Tramp Putin və Zelenski ilə görüşəcəyini açıqladı
13:40
30

Tramp Putin və Zelenski ilə görüşəcəyini açıqladı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə yaxın zamanlarda görüş keçirməyə ümid etdiyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

Texas ştatından qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında mətbuat nümayəndələri ilə söhbəti zamanı Tramp belə qeyd edib:

"Düşünürəm ki, Rusiya ilə - Rusiya və Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edirik. Tezliklə bir görüş təşkil olunacaq. Hesab edirəm ki, böyük irəliləyiş var".

Görüşün kimlərlə planlaşdırıldığı barədə dəqiqləşdirici suala isə ABŞ lideri belə cavab verib:

"Prezident Putin və Prezident Zelenski ilə".
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ