Ürəyi döyündüyü halda morqa qoyulan körpə ömürlük əlil qaldı
7News.az xəbər verir ki, ABŞ-ın Arizona ştatında üzgüçülük hovuzunda boğulmaq təhlükəsi ilə üzləşən 18 aylıq Vinsent, ürəyinin döyünməsinə baxmayaraq, xəstəxana həkimi tərəfindən ölü elan edilərək morqa aparılıb. Sonradan məlum olub ki, körpə morqda olduğu dörd saat ərzində nəfəs almağa davam edib. Tibbi müdaxilənin gecikməsi nəticəsində isə o, sağlamlığına ömürlük ziyan vurulması ilə üzləşib.