Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən narazıdırlar.
Sakinlər deyirlər ki, gecələr generatorun səsi, gündüzlər isə tüstü onları narahat edir.
Ərazidə olarkən öyrəndik ki, bu problem tez-tez təkrarlanır.
İddialara münasibət bildirən istirahət məkanının administratoru Həsən Məmmədov sakinlərin rahatlığını təmin etmək və səs-küyü minimuma endirmək məqsədilə generator dəstinin ətrafına akustik panellər və səsboğucu materiallar quraşdıracağını vəd edib.//Xəzər TV








