Türkiyəli müğənni Sərdar Ortaç koronavirusa yoluxub.
7News.Az türk mediasına istinadən xəbər verir ki, ifaçının COVID-19 testinin nəticələri müsbət çıxıb. Bir neçə ay əvvəl vaksin vurduran Sərdarın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Müğənni hazırda ev şəraitində müalicə alır.








