Xəbər verdiyimiz kimi, Azərbaycanda 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi, yəni "SMS" icazə sistemi tətbiq edilir.
Nazirlər Kabinetinin qərarına görə isə ölkə üzrə xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək qüvvədədir.
Məlumdur ki, yanvar ayının ortalarından ölkəmizdə vaksinasiya aparılacaq.Vaksinasiyanın mərhələli şəkildə aparılması müəyyən vaxt tələb edir. İnsanlar evlərində qapalı şəraitdə qorunur və sərt karantinin müddətinin bitməsi insanların əksər hissəsinin vaksinasiya edilənədək yenidən yoluxmalara yol açması sualı doğur.
Sərt karantin rejiminin yanvarın 18-dən sonra uzadılması müzakirə mövzusudur.
Bununla bağlı AHİB üzvü, dosent, dr Ədalət Rüstəm danışıb:
"Yanvarın ikinci yarısı koronavirusa qarşı vaksinasiya başlayacaq. Mənim fikrimcə bundan sonra iki həftə sərt karantin rejimi mütləq qalmalıdır. Belə olan halda, sonrakı mərhələdə karantin rejimində xeyli yumşalma müşahidə olunacaq".
7News.Az








