Müğənni Gökhan Keser və aktrisa Rüveyda Öksüzün sevgili olduğu təsdiqlənib.
7News.Az xəbər verir ki, "Sen benimsin” serialının çəkilişlərində tanış olan cütlük sevgili olduqlarını gizlətmirlər.
Uzun müddətdir ki, münasibətdə olan Gökhan və Rüveyda yayılan xəbərləri paylaşdıqları foto ilə təsdiqləyiblər.
Aktrisa müğənni sevgilisinin ad gününü təbrik edib, "Yaxşı ki, doğuldun sevgilim...” şərhini yazıb.
Keser isə həmin fotonu istaqramda paylaşaraq ürək işarəsi qoyub.














