Türkiyənin məşhur "Model” rok qrupu dağılıb.
7News.Az xəbər verir ki, bu barədə qrupun solisti Fatma Turqut məlumat yayıb.
Yayılan xəbərlərə görə, Fatma Turqutla qrupun gitaristi Can Temiz sevgi yaşayıb və xəyanətlə üzləşib.
İki qrup üzvü arasında qalmaqal yaşanıb, qrupun dağılması barədə qərar verilib.
Daha sonra isə qrup üzvləri yayılan xəbərləri təkzib edib.
Ötən gün isə qrupun solisti konsertdə solo çıxış edib, qrupun dağıldığını elan edib.








