7News.az xəbər verir ki, ABŞ-da Alabama ştatının Lanett şəhərində qeyri-adi bir hadisə baş verib. Sevgilisini boğaraq öldürən 44 yaşlı kişi, onun cəsədini meşəlik ərazidə gizlətməyə çalışarkən ürəktutmasından dünyasını dəyişib. Hadisə polisin meşədə mühərriki işlək vəziyyətdə qoyulmuş və sahibsiz qalmış bir pikap barədə məlumat almasından sonra üzə çıxıb.








