Xəbər verdiyimiz kimi müğənnilər, "Xəzər" telekanalının aparıcıları Sevil və Sevinc Səfərovalar ötən gün səhər avtomobil idarə edərkən qəza törədib.
Qəza nəticəsində kəllə-beyin travması alan 87 yaşlı Zöhrab Ağayevin hazırda zərərçəkmişin vəziyyəti ağırdır.
Bu hadisədən sonra əkiz bacıların "Xəzər TV"də yayımlanan "Hər şey daxil" verilişindən uzaqlaşdırıldığı xəbər yayılıb.
Xəzər TV-dən azxeber.com-a verilən məlumata görə, bu yanlış xəbərdir və əkizlər yenidən canlı yayımda olacaq: "Yayılan xəbərlər həqiqəti əks etdirmir. Sevil və Sevinc bacıları məlum hadisəylə bağlı 2 gün efirdə olmadı, "Hər şey daxil" verilişini yenə də onlar aparacaqlar".
Qeyd edək ki. verilişi bu gün Firuzə Cəlilova aparıb.
7News.az








