RU
Şəxsiyyət vəsiqələrində yeniliklər gözlənilir
22:32
482

Şəxsiyyət vəsiqələrində yeniliklər gözlənilir

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə sürücülük vəsiqəsi məlumatlarının inteqrasiya olunması məsələsi nəzərdən keçirilə bilər.

7news.Az xəbər verir ki, bunu Trend-ə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun yaradılması layihəsinə yaxın mənbə bildirib.

Mənbənin məlumatına görə, sürücülük vəsiqələrindəki məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə daxil edilməsi texniki olaraq mümkündür: 

"Hər şey istifadə olunan çiplərin yaddaş həcmindən asılı olacaq”.

Daha əvvəl şəxsiyyət vəsiqələrinə elektron sağlamlıq kartlarının məlumatlarının inteqrasiya olunması imkanı nəzərdən keçirilib.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci il yanvarın 1-dən başlanacağı planlaşdırılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ