RU
lombard
Şeyxülislamı hədəf alanlar, təhqir edənlər, ölkəyə, dövlətə qarşı düşmənçilik aparanlardır - DEPUTAT
10:00
369

Şeyxülislamı hədəf alanlar, təhqir edənlər, ölkəyə, dövlətə qarşı düşmənçilik aparanlardır - DEPUTAT


7NEWS.az xəbər verir ki, bu sözləri Şeyxülislam Allahşükür Paşazadənin son dönəmlər bəzi saytlar və şəxslər tərəfindən biabırçı formada təhqir olunmasına münasibət bildirərkən deyib: "Şeyxülislam Allahşükür Paşazadənin hədəf alınması, təhqir olunması və gözdən salınma kampaniyası Azərbaycana, xalqa xidmət deyil, əksinə dövlətçiliyə vurulan zərbədir. Ölkənin dini rəhbərinə bu cür münasibət göstərmək ölkəmizi hörmətdən salmaqdır, xalqımızın dilini gödək etməkdir. İran Azərbaycana dişini qıcayıb, ağlına və ağzına gələni danışırsa, bunun Şeyxülislama nə dəxli var? İran danışır, cavabını da alır. 

Qafqazın Şeyxülislamı hər kəsə qoşulub İrana hücum etməli deyil axı. Yeri gəldikcə sözünü deyib və deyir. Şeyx Azərbaycanın müsəlman dünyasına bir körpüsüdür. Niyə hesab edirsiniz ki, ya biz, ya da Şeyx özü o körpünü yandırmalıdır? Bəs sonra hansı körpü ilə keçib yeni münasibətlər yaradacağıq? 

Heç bir ölkədə öz dini rəhbərinə bu qədər qərəz yoxdur.  Bunu edənlər ölkəyə, dövlətə qarşı düşmənçilik aparır. 

Şeyx ölkəmiz üçün, barış üçün, müstəqillik üçün çox iş görüb. Şeyxin bir günlük işini, xidmətini ömürləri uzunu edə bilməyənlər xeyli insan ona çamur atır. Ölkəni biabır etməyin, dünyanı özünüzə güldürməyin." 

7NEWS.az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ