RU
Şimali Koreya qoşunları qısa müddətə Koreya Respublikası sərhədini keçiblər
10:36
18

Şimali Koreya qoşunları qısa müddətə Koreya Respublikası sərhədini keçiblər

Şimali Koreya (KXDR) hərbçiləri patrul xidməti zamanı qısa müddətə Koreya Respublikası ilə sərhədi keçiblər və xəbərdarlıq atəşindən sonra öz ərazilərinə geri qayıdıblar.

7News.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, insident bu həftə Koreya yarımadasının şərq hissəsində baş verib. Yonhap qeyd edir ki, 2026-cı ildə belə hadisə ilk dəfə qeydə alınıb.

Qaydalara əsasən, belə hallarda Cənubi Koreya hərbçiləri əvvəlcə xüsusi avadanlıq vasitəsilə xəbərdarlıq edir, daha sonra isə xəbərdarlıq atəşi açırlar.

Seulda ehtimal ediblər ki, KXDR hərbçiləri ərazidə patrul xidməti apararkən sərhəd xəttini keçiblər. Cənubi Koreya Silahlı Qüvvələri Koreya Xalq Ordusunun hərbçiləri öz ərazilərinə qayıtdıqdan sonra qeyri-adi fəallıq müşahidə etmədiklərini bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ