RU
Simeonenin şikayəti rədd edildi
16:33
1089

Simeonenin şikayəti rədd edildi

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzası ilə bağlı apellyasiya şikayəti rədd edilib.

7News.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssisin cəzasının ləğv edilməsi ilə bağlı müraciəti qəbul edilməyib.

Qeyd edək ki, Simeonenin La Liqanın 35-ci turunda "Malaqa"nın əks hücumu zamanı topdaşıyan uşaqdan ikinci topu meydana atmasını tələb etməsi ona baha başa gəlib.  İspaniya Futbol Federasiyası bu hərəkətinə görə Simeoneni 3 oyunluq cəzalandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ