Sloveniyada pandemiyaya görə lokdaundan bezən kişi mexaniki mişarla parlamentə hücum edib.
Bu barədə RT xəbər yayıb.
Binaya iti ilə yaxınlaşan kişi "Lokdaundan bezdim” deyə qışqırıb. Təhlükəsizlik xidməti onu saxlayaraq, polisə təhvil verib.
Hadisə nəticəsində heç kim zərər görməyib.
Qeyd edək ki, Sloveniya hökuməti koronavirus infeksiyası hallarının artması səbəbindən aprelin 1-dən 11-dək karantinin sərtləşdirildiyini açıqlayıb. Ölkədə saat 22:00-05:00 arası komendant saatı saxlanılıb, yaşayış bölgəsi xaricində səyahət qadağandır, məktəblər və xidmət müəssisələrinin yenidən bağlanacağı gözlənilir.
7News.Az








