7News.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) ötən il dünyada gənclər arasında işsizliyin artdığını və ən kəskin artımın yüksək gəlirli iqtisadiyyatlarda qeydə alındığını açıqlayıb. Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən qurum, süni intellektin yayılmasının bu prosesdə mühüm rol oynadığını vurğulayıb.








