RU
SON DƏQİQƏ: Deputatın evində gecə qalmaqalı: Qonağa təcavüz elədi, döyüldü, telefonu alındı (VİDEO)
01:41
23

SON DƏQİQƏ: Deputatın evində gecə qalmaqalı: Qonağa təcavüz elədi, döyüldü, telefonu alındı (VİDEO)

7NEWS.az xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində CHP millət vəkili Ahmet Baran Yazqanın da olduğu evdə gecə saatlarında baş verən dava araşdırmaya səbəb olub.
 

Hadisə avqustun 13-də saat 03:15 radələrində baş verib. Mənzildən gələn dava səsləri ilə bağlı qonşuların polisə məlumat verməsindən sonra hadisə yerinə ekipajlar cəlb olunub.

Polisin ilkin araşdırması zamanı deputat Yazqanın döyüldüyü, mobil telefonunun əlindən alındığı və hadisə zamanı görüntülərinin çəkildiyi bildirilib. Deputat hadisə ilə bağlı şikayətçi olub.
Lakin qarşı tərəf də Yazqan barəsində şikayət edərək onu evdə olan bir qadına qarşı cinsi xarakterli ifadələr işlətməkdə və "birlikdə olmaq istəməkdə” ittiham edib.

Hadisə ilə bağlı Nuh D., Begüm Ş. və T.A. adlı üç nəfər saxlanılıb. İttihamların hüquqi qiyməti və hadisənin bütün təfərrüatları araşdırmadan sonra məlum olacaq.

Hazırda tərəflərin bir-birinə qarşı səsləndirdiyi iddialar üzrə istintaq araşdırması davam edir

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ