lombard

Sosial şəbəkələrdə narkotik istifadəsini təbliğ edən şəxs tutuldu - VİDEO

Sosial şəbəkələrdə narkotik istifadəsini təbliğ edən şəxs tutuldu - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 54 yaşlı Məmmədli kənd sakini Abidin Məhərrəmov saxlanılıb. 

Baku TV-nin xəbərinə görə, araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, "Facebook” və "Instagram”da meyxana sədaları altında onun təbliğini həyata keçirib. 

Mehdiabad Polis Bölməsi əməkdaşları dərhal A.Məhərrəmovun yerini müəyyən edərək, onu saxlayıb. 

Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən təqribi çəkisi iki kiloqrama yaxın marixuana aşkar edilərək, maddi sübut kimi götürülüb. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

7News.Az

Xəbər lenti