Şri-Lankada həbsxanadakı insidentdə 2 nəfər həlak olub
7News.az xəbər verir ki, Şri-Lankanın paytaxtı Kolombo yaxınlığındakı həbsxanada baş verən iğtişaş qanlı sonluqla nəticələnib. Hadisə nəticəsində iki nəfər həyatını itirib, 11 nəfər isə xəsarət alıb. Rəsmilər həbsxanada nəzarətin bərpa olunduğunu və araşdırmaya başlanıldığını açıqlayıblar.