Tovuz rayonunun Xatınlı kəndi ərazisində su arxından orta yaşlı kişi meyiti tapılıb.
Hadisə kəndin girişində qeydə alınıb. Məlumata görə, su arxında aşkarlanan şəxsin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Ölən şəxsin 1986-cı il təvəllüdlü A.Müseyibov olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.








