RU
Sumqayıtda “Tofaş” divara çırpıldı, ölən və yaralananlar var
12:33
197

Sumqayıtda “Tofaş” divara çırpıldı, ölən və yaralananlar var

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə şəhərin Sahil küçəsində olub. 

"Tofaş” markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb. Nəticədə 1999-cu il təvəllüdlü Bağırov Elxan Nurəli oğlu yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ