RU
Süni qidaların təbliğinə məhdudiyyət qoyuldu
20:58
612

Süni qidaların təbliğinə məhdudiyyət qoyuldu

Süni uşaq qidalarının təbliğinə məhdudiyyət qoyuldu. Məhdudiyyət həm məhsulun qablaşdırılması, həm də reklamına tətbiq ediləcək.

7news.Az xezerxeber.az-a istinadən bildirir ki,  qablaşdırılma zamanı süni qida qarışığının ana südü ilə eyni olmadığı, onu əvəz etməməsi xüsusi vurğulanacaq və körpənin ana südü ilə qidalanmasının daha üstün olduğu diqqətə çatdırılacaq.

Ölkənin baş pediatrı Nəsib Quliyev qablaşdırmada ediləcək dəyişikliyin valideynin maarifləndirilməsində daha effektiv təsir edəcəyini deyir.

Dəyişikliklərə əsasən süni qidaların reklamının açıq məkanlarda yerləşdirilməsi, həmçinin hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması da qadağan edilir. Bundan əlavə, icazə verilən reklamlarda qidanın sertifikat nömrəsi, verilmə tarixi, verən orqanın adı qeyd olunmalı, qidanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü vurğulanmalıdır.

Baş pediatr Nəsib Quliyev dəyişikliyin ədalətli olduğunu və ana südü ilə qidalanma göstəricisinə müsbət təsir edəcəyinə inandığını deyir.

Baş pediatr hesab edir ki, ana südünün təbliğinə və maarifləndirilməyə Səhiyyə Nazirliyi, din xadimləri, pediatrlar və digər tibb işçiləri də qoşulmalıdır və nəticədə ana südü ilə qidalanma göstəricisi müsbətə doğru dəyişəcək.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ