RU
Suraxanıda iki gündür qaz yoxdur - SƏBƏB
16:45
687

Suraxanıda iki gündür qaz yoxdur - SƏBƏB

Bakının Suraxanı rayonunda artıq ikinci gündür təbii qaz verilişində məhdudliyyətlər yaranıb.

7News.az xəbər verir ki, Suraxanı sakinlərinin verdiyi məlumata görə, ötən gün və bu gün saat 10-11 radələrindən etibarən rayonun Səttar Bəhlulzadə, III mədən, Zahid Əliyev və Balandin küçələrində qazın verilişi tamamilə dayandırılıb.

Sakinlərin sözlərinə görə, ötən gün səhər saat 11 radələrindən dayandırılan qazın verilişi axşam saat 22 radələrində bərpa edilib.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev istipress-ə açıqlamasında Suraxanı rayonunun bir hissəsinə qazın verilişində məhdudiyyətlər olduğunu təsdiqlədi.

Onun sözlərinə görə, ərazini qazla təmin edən iri xətdə sızma baş verdiyindən iki gündür ki, təmir işlər aparılır.

"Təxminən 1 saata təmir işlər yekunlaşacaq və qazın verilişi bərpa olunacaq", - deyə İbrahim Kəlbəliyev bildirdi.//istipress

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ