Suriya Daxili İşlər Nazirliyi Tartus vilayətindən Livana silah və sursat aparılması cəhdinin qarşısının alındığını açıqlayıb.
Nazirliyin məlumatına görə, təhlükəsizlik qüvvələri kəşfiyyat orqanları ilə birgə keçirdiyi əməliyyat nəticəsində Livana göndərilməsi planlaşdırılan silah-sursat partiyasını aşkarlayaraq müsadirə edib.
Əməliyyat zamanı müxtəlif növ odlu silahlar, RPG mərmiləri və sursatlar ələ keçirilib. Yükün Livana hansı marşrutla keçirilməsinin planlaşdırıldığı və silahların konkret olaraq kimə göndərildiyi barədə isə əlavə məlumat verilməyib.
Suriya hakimiyyəti son dövrdə ölkə ərazisindən qonşu ölkələrə silah qaçaqmalçılığının qarşısının alınması istiqamətində əməliyyatları gücləndirib.








