RU
Tanıdığı şəxsi restoranda bıçaqlayana hökm oxundu
17:10
28

Tanıdığı şəxsi restoranda bıçaqlayana hökm oxundu

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işinin məhkəməsi yekunlaşıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Namiq Kərimovun sədrliyi keçirilən yekun iclasda prokuror təqsirləndirilən Namiq Şirinlinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müşavirədən sonra hökm elan edilərək təqsirləndirilən 4 il azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 25-də Bakının Sabunçu rayonunda yerləşən restoranlardan birində baş verib. Namiq Şirinli Babək və Asəf Qazıyevlərin oturduğu masaya yaxınlaşaraq pul tələb edib. Onlar pul verməkdən imtina etdikdə Namiq qardaşlarla uca səslə mübahisə edərək, ünvanlarına nalayiq ifadələr işlədib. N.Şirinli daha sonra cibindən çıxardığı bıçaqla Babək və Asəf Qazıyevlərin qarın nahiyələrinə zərbə vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Namiq Şirinli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub.

Elgün Həsənli

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ