Aparıcı Zemfira Adıgözəlova və rejissor Nail Naiboğlu sosial çarx hazırlayıb.
7News.Az-ın məlumatına görə, çəkiliş ötən gün Atəşgah məbədində baş tutub. Z.Adıgözəlova açıqlamasında ideyanın ona aid olduğunu deyib. O, bildirib ki, "Mən Azərbaycanam" adlanan layihədə Qarabağ dərdi əks olunub:
"Ssenari müəllifi Elnurə Nağıyevadır. İdeya isə mənimdir. Layihənin rəhbərliyi və digər texniki tərəfini isə Nail Naiboğlu edib. Sosial çarx Azərbaycanın dilindən dünyaya hayqırtıdır. Cümlələri tanınmışlar səsləndirir. İlk ifadəni xalq artisti Alim Qasımov dedi. Ondan əlavə əməkdar artistlər Aybəniz Haşımova, İlqar Muradov, Lalə Məmmədova, Ədalət Şükürov, müğənni Natavan Həbibi, Avropa Oyunlarının qalibi Ayxan Mamayev, dünya çempionu Eduard Məmmədov və başqaları da iştirak edib. Hər kəs bir cümlər ilə 24 ildə Azərbaycanın başına gələnləri ifadə edib".