RU
Tanzaniya prezidenti: “Ağdərililər peyvənd tapa bilsəydi, indiyədək QİÇS-ə tapardılar”
14:20
200

Tanzaniya prezidenti: “Ağdərililər peyvənd tapa bilsəydi, indiyədək QİÇS-ə tapardılar”

Tanzaniya prezidenti Con Maqufuli bildirib ki, kütləvi vaksinasiyaya başlamaq üçün hər hansı bir qərar ciddi düşünülmədən qəbul edilə bilməz.

Bu barədə "The Citizen” qəzeti xəbər yayır.

Maqufuli ölkəsində COVID-19 epidemiyası olmadığını deyib.

"Peyvəndlər təhlükəlidir. Ağdərililər peyvənd tapa bilsəydilər, indiyədək QİÇS-ə (Qazanılmış İmmun Çatışmamazlığı Sindromu - red.), vərəmə, malyariyaya peyvəndi tapardılar”, - deyə o bildirib.

COVID-19-a dair məlumatları ictimaiyyətlə paylaşmayan Tanzaniya Madaqaskarın koronavirusa qarşı hazırladığı bitki mənşəli dərmanı alan ilk ölkələrdən biri olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ