RU
Tanzaniyada yol qəzası nəticəsində 14 nəfər ölüb
21:40
614

Tanzaniyada yol qəzası nəticəsində 14 nəfər ölüb

Tanzaniyada minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində 6-sı jurnalist olmaqla azı 14 nəfər ölüb.

Bu barədə Buseqa dairəsinin polis bölməsinin başçısı Qabriel Zakaria məlumat verib.

Onun sözlərinə görə, mikroavtobusdakı jurnalistlər Simiya vilayəti ilə tanışlıq səyahəti edirmiş. Hadisə yerində 11 nəfər, 3 nəfər isə hospitalda ölüb.

Tanzaniya Prezidenti Samiya Suluhu Hasan 14 nəfərin ölümü ilə əlaqədar tviter səhifəsində başsağlığı verib.

Qəzanın səbəbi araşdırılır./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ