RU
Tatarıstanda yüngül mühərrikli təyyarə evin bağçasına düşüb, 2 nəfər ölüb
15:08
23

Tatarıstanda yüngül mühərrikli təyyarə evin bağçasına düşüb, 2 nəfər ölüb

Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Qəza təlim uçuşu zamanı baş verib.

Kursant və təlimatçı "Cessna 172” təyyarəsi ilə Vısokaya dağından təlim uçuşu həyata keçiriblər.

Uçuş zamanı təyyarə televiziya qülləsinə çırpılıb və Şemordan kəndindəki şəxsi evin bağçasına düşüb.

Ölən şəxslərin Kurkaçi aerodromunda yerləşən Tatarıstan Mərkəzi Aeroklubunun üzvləri olduğu bildirilib./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ