Taylandın paytaxtı Banqkokun Çatuçak rayonunda yerləşən "Rong Beer Na Ladprao" barında baş verən yanğında ölənlərin sayı 30-a yüksəlib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, səhiyyə rəsmiləri yanğından zərər çəkən 70 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan 24-nün vəziyyətinin ağır olduğunu açıqlayıb.
Hadisənin başvermə səbəbi ilə bağlı araşdırmalar davam edir.
Polisin məlumatına görə, həyatını itirənlərin əksəriyyəti alovdan xilas olmaq üçün sığındıqları pəncərəsiz tualetlərdə köməksiz vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, bu hadisə Banqkokda son 17 ilin ən ölümcül yanğın faciəsi hesab olunur.








