Tədqiqatçılardan süni intellektlə bağlı xəbərdarlıq
7News.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən süni intellekt şirkəti "OpenAI"-dan ayrılan üç tədqiqatçı şirkətin idarə heyəti üzvlərinə süni intellektə nəzarətin vacibliyi barədə məktub göndərib. Məktubda tədqiqatçılar ciddi xəbərdarlıq edərək bildiriblər ki, süni intellekt şirkətləri bu texnologiyanın mühakimə yürütmə proseslərinə nəzarət etmək qabiliyyətini itirə bilərlər.