RU
Təmir zamanı divarın içindən 9 milyonluq qızıl çıxdı – ŞOK TAPINTI
20:24
17

Təmir zamanı divarın içindən 9 milyonluq qızıl çıxdı – ŞOK TAPINTI

Belçikanın Dendermonde şəhərində təmir işləri aparılan köhnə binanın divarında təxminən 9 milyon avro dəyərində qızıl tapılıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Flaman bölgəsində yerləşən və sosial yardım təşkilatı CAW-a məxsus binada təmir aparan işçilər zirzəmidəki divarı sökərkən gizlədilmiş sandıq aşkar ediblər.

Sandığın içərisindən çoxlu sayda qızıl külçə və sikkə çıxıb. İşçilər tapıntı barədə bina sahibinə və hüquq-mühafizə orqanlarına məlumat veriblər. Daha sonra qızıllar müsadirə edilərək təhlükəsiz yerə aparılıb.

Şərqi Flandriya Prokurorluğu xəzinənin kimə məxsus olduğunu, binada nə vaxt və kim tərəfindən gizlədildiyini, həmçinin qızılların qanuni yolla əldə edilib-edilmədiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Hazırda təxminən 9 milyon avro dəyərində olduğu bildirilən xəzinənin kimin mülkiyyətinə keçəcəyi məlum deyil.

Maraqlı hadisənin yayılmasından sonra isə əraziyə qızıl axtarmaq istəyən çox sayda insanın gəldiyi bildirilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ