2016-cı ildə daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, bunu qurumun geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov deyib.
Nazir bildirib ki, həmin şəxslərdən 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib.
7news.Az








