RU
Ötən il dünyada edam olunanların sayı 20 faiz artıb
23:20
358

Ötən il dünyada edam olunanların sayı 20 faiz artıb

2021-ci ildə 18 ölkədə 579 nəfər edam olunub.

Bu barədə "Amnesty International" təşkilatının hesabatında deyilir.
Bu göstərici 2020-ci illə müqayisədə 20 faiz artıb. Hesabata əsasən, 2020-ci ildə 483 nəfər edam olunmuşdu.

Eyni zamanda ötən il dünyada edam hökmünün verilməsi də artıb. Belə ki, 2021-ci ildə 56 ölkədə 2 052 edam hökmü verilib ki, bu da 2020-ci illə müqayisədə 40 faiz çoxdur.

Təşkilat bildirir ki, ötən il Qazaxıstan, Syerra-Leone, Papua-Yeni Qvineya, Malayziya, Mərkəzi Afrika Respublikası və Qanada ölüm cəzaları ləğv edilib./trend
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ