Təxribatçıların tapılması və cəzalandırılması ilə bağlı səfirə tapşırıq verildi - XİN

Təxribatçıların tapılması və cəzalandırılması ilə bağlı səfirə tapşırıq verildi - XİN

Azərbaycan XİN "Düdelanj" - "Qarabağ" oyununda baş vermiş təxribata münasibət bildirib

"Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda Qarabağ və Düdelanj” oyunu zamanı baş verən təxribatla əlaqədar vəziyyəti nəzarətdə saxlayır".

7News.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sözçüsü  Leyla Abdullayevə "Twitter" səhifəsində yazıb. 

"Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb", - deyə L.Abdullayeva bildirib.

 

7News.Az

Xəbər lenti