7NEWS.az xəbər verir ki, dünən səhər saatlarından etibarən THY İstanbul Hava Limanı, Ankara Esenboğa Hava Limanı və İzmir Adnan Menderes Hava Limanından xüsusi uçuşlar təşkil edərək, axtarış-xilasetmə qruplarının zəlzələ bölgələrinə çatmasına şərait yaradıb. THY-nin baş direktoru Bilal Ekşi bu səhərə qədər Adana, Qaziantep, Adıyaman və Şanlıurfaya 80 uçuş təşkil edildiyini açıqlayıb. Ekşi açıqlamasında, "AFAD-ın dəvətinə əsasən, zəlzələ bölgəsinə getmək üçün hava limanlarımıza gələn 11 min 780 könüllü vətəndaş 80 ekspedisiya ilə Adana, Qaziantep, Adıyaman və Şanlıurfaya aparıldı." dedi. THY təyyarələri zəlzələ bölgələrindən qayıdan sərnişinləri 100 TL-yə daşıyacaq
7NEWS.az








