RU
16:30
623

"Tom və Cerri" cizgi filminin yaradıcısı ÖLDÜ

Dünyaca məşhir "Tom və Cerri" cizgi filminin yaradıcılarından biri olan Cin Deyç 95 yaşında Praqada vəfat edib.



7News.Az-ın ren.tv-yə istinadən verfiyi xəbərə görə, bu barədə THR yazır.



Animator, rejissor, ssenarist, prodüser və aktyor kimi tanınan Deyç aprelin 17-nə keçən gecə öz mənzilində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.

8 avqust 1924-cü ildə Çikaqoda dünyaya gələn Deyç qırxıncı illərdə bu sahəyə qədəm basıb. O, yüzlərlə layihədə iştirak edib.

1959-cu ildə Praqaya cəmi bir neçə həftəlik gələn animator Çexiyanın paytaxtında gələcək həyat yoldaşı Zdenka ilə tanış olur və burada qalmaq qərarına gəlir.

1960-cı ildə Deyç "Munro" filminə görə "ən yaxşı qısametrajlı film" kateqoriyasında "Oskar" mükafatına layiq görülüb.

"Tom və Cerri" multserialı bu günə qədər davam edir. "Metro-Goldwyn-Mayer" studiyası cizgi filminin tammetrajlı versiyasını yaratmaq niyyətində olduğunu açıqlayıb.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ