lombard

"Topaz"a alternativ yaradılır - ÖZƏL

Azərbaycanda yeganə qanuni bukmeyker kontoru kimi fəaliyyət göstərən "Topaz” yaxın zamanlarda tək qalmayacaq.
 
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ölkəmizdə daha bir mərc kontoru qanuni fəaliyyətə başlayacaq. Əlbəttə, ilk baxışdan monopoliyaya son qoyulması müsbət irəliləyişə bənzəyir. Ancaq məsələ bir qədər başqadı.

Belə ki, daxil olan məlumata görə, yeni yaradılan mərc operatoru da əslində "Topaz”ın nəzarətində olacaq və hər iki şirkəti eyni əllər idarə edəcək. Yəni əslində formal rəqabət olacaq, bu sahədəki monopoloya öz gücünü qorumuş olacaq.

Msələ ilə bağlı "Topaz"dan rəsmi mövqe öryənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Uzun axtarışlardan sonra bukmeyker kontorunun marketinq şöbəsinin xanım əməkdaşını tapa bildik. O da qısa zamanda məsələ ilə bağlı açıqlama veriləcəyini söyləsə də, qurumdan hər hansı cavab gəlmədi. 
 

Xəbər lenti