Türkiyədə toy karvanında ağır yol qəzası baş verib.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Konyanın toy karvanında baş verən yol qəzasında bəy-gəlin avtomobilində olan bəy dünyasını dəyişib.
Avtomobildə olan gəlin də daxil olmaqla 3 nəfər isə yaralanıb.
Bəyin atası ilkin müdaxilədən sonra Konya Şəhər Xəstəxanasına köçürülüb, sürücü və gəlinin həyati təhlükəsinin olmadığı qeyd edilib.
Qəza ilə bağlı araşdırmalar davam edir.









