Səidə Sultan Niyam Salaminin jurnalistlərə hesabat xarakterli tədbirində iştirak edib. Tədbirdə iştirak edən müğənni jurnalistlərin də sualların cavablandırıb.
7News.az müğənninin jurnalistlərə müsahibəsini təqdim edir:
-Xoş gördük Səidə xanım. Bir az tədbirin mahiyyəti barədə, əhəmiyyəti barədə danışardınız.
-Niyamın təşkil etdiyi bu tədbir həm də jurnalistlərə hesabat xarakteri daşıyır.
-Xoşunuza gəldimi?
-Niyə də yox, xoşum gəldi. Niyam özü çox yaxşı insandır, o, nə edirsə, mənim xoşuma gəlir. Dostum olmasaydı, yad bir adam olsaydı, xoşuma gəlməzdi elədikləri. Onun özü maraqlı insan olduğuna görə etdikləri də xoşuma gəlir. Pozitiv və rahat adamdır.
-Duetinizi dinlədik. Başqa duetlər varmı planınızda?
-Əslində başqa bir duetim var idi, bəstəkarın mahnısı idi, razılaşmışdım da. Mahmı türk dilində idi. Bəyəndik, qərara aldıq ki, oxuyaq. Amma birinci mahnı da türkcə olduğu üçün Azərbaycan dilində oxumağı məsləhət gördük. Dəyişdik sözləri, gördük ki, mahnının effekti öldü, mahnı bomboş göründü. Bir gün söhbət açıldı, mən dedim ki, bəlkə bunu oxumayaq? Yaxşı mahnıdır, amma oxumadıq. Mahnının behini də vermişdik, oxumadıq, behimiz də batdı. Amma mən verməmişdim behi, Niyam vermişdi, onun pulu batdı. Əgər yaxşı mahnı olarsa, yenidən oxuya bilərik. Başqa həmkarlarımızla duet oxumaq istəmirik. Çünki çox oxuyanda duet adiləşir. Bir az qoyaq maraqlı qalsın.
-Nə vaxt "tərpənirsiniz” ?
-İnanın ki, bezmişəm o sualdan. Bloka atmışam, iqnor eləmişəm o sualı. Məni görən soruşur ki, ərə nə vaxt gedirsən, əşi, sənə nə var nə vaxt gedirəm?!
-Əgər toyunuz olsa, media üçün açıq olacaq, yoxsa qapalı?
-Narahat olmayın bu barədə. Özüm İnstagram səhifəmdən ilk açıqlamanı verəcəyəm. Amma, məncə mənim ərə getdiyim adamın özü razı olmayacaq şəkilləri yayımlansın. İstəmərəm gəlib çəksinlər. Elə eləyəcəyəm ki, ruhunuz da inciməyəcək, heç toyda "çırt” da edə bilməyəcəksiniz. (gülür) //Cebhe.info
7News.az












